Zibil niyə günorta daşınır? - XƏRİTƏ - FOTO

Zibil niyə günorta daşınır? - XƏRİTƏ - FOTO
10:32 15 Yanvar 2015
317 Sosial
Ölkə mətbuatı
A- A+

Murtuza Muxtarov küçəsi nəqliyyat baxımından Bakının ən sıx küçələrindən biridir. 65 saylı marşrutdan istifadə edənlər bilirlər ki, avtobuslar bu küçəni çətinliklə keçirlər. Yeni avtobusların tətbiqindən sonra vəziyyət daha da çətinləşib. M.Əliyev küçəsindən M.Muxtarov küçəsinə dönən yerdə avtobuslar səkinin üzərinə çıxmalı olurlar.

Problemlər bununla bitmir. Sürücüləri qarşıda da "sürprizlər" gözləyir. Onsuz da dar olan küçəni daim orada dayanan maşınlar bir az da daraldır.

Yolun sol tərəfindən dayanan maşınlar nəqliyyatın işini daha da çətinləşdirir.

Aşağıdakı fotolardan da görünür ki, zibil maşını yolun bütün hərəkət hissəsini tutub. Avtomobillər də keçə bilmirlər. Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, zibil maşınını arxasında 10 dəqiqəyə yaxın maşınlar gözləyib.

Aydındır ki, ərazidəki zibilləri də daşımaq lazımdır, lakin bunu ya səhər tezdən, ya da ki, gecə vaxtı eləmək lazımdır.

Milli.Az

 












Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR