“Bakı bizə Bəhreyn və ya Çindən daha münasibdir” - Otmar Zafnauer

“Bakı bizə Bəhreyn və ya Çindən daha münasibdir” - Otmar Zafnauer
18:14 24 Aprel 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

“Biz Bakıya xal zonasına düşmək seriyamızı uzatmaq niyyəti ilə yollanırıq”.
 
ONA-nın məlumatına görə, bunu “Formula-1” üzrə “Reysinq Point” komandasının rəhbəri Otmar Zafnauer deyib.
 
Aprelin 26-28-də Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayan funksioner həftəsonu xal qazanmağa iddialı olduqlarını bildirib: “Azərbaycandakı tras bizə güclü tərəflərimizi göstərməyə imkan verir. Əvvəlki illərdə burda uğur qazanmışıq. Bakı bizə Bəhreyn və ya Çindən daha münasibdir. Mövsümün bu bölümündə bizə sabitliyi qorumaq və mümkün olanda xal toplamaq lazımdır. Başa düşürük ki, turnir cədvəlinin ortalarında gərgin mübarizə var və hələ heç bir komanda uzaqlaşa bilməyib. Bütün mübarizə hələ irəlidədir. Biz 4-cü yerdən cəmi beş xal geri qalırıq”.
Qeyd edək ki, “Reysinq Point” komandasının pilotları Serxio Peres və Lens Strolldur. Onlar mövsümün ilk üç yarışında müvafiq olaraq 5 və 2 xal toplayıblar. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR