Azərbaycanda sıxılmış qaz satışı artırılacaq

Azərbaycanda sıxılmış qaz satışı artırılacaq
18:27 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin sonunadək Azərbaycanda sıxılmış təbii qaz satışı məntəqələrinin sayını 14-dək artırmaq planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın istehsalat üzrə vitse-prezidenti David Məmmədov deyib.

O bildirib ki, hazırda Azərbaycanda 9 sıxılmış qaz satışı məntəqəsi var.

Vitse-prezidentin sözlərinə görə, 2020-ci ildə iki terminalın tikintisi planlaşdırılır. Terminallardan biri Bakıda, digəri şəhər kənarında nəzərdə tutulur:

"Şimal, qərb və cənub istiqamətlərində bütün əsas yollar boyunca daha altı terminalın tikintisi planlaşdırılır".

Qeyd edək ki, "SOCAR Petroleum" pərakəndə sıxılmış qaz satışına ötən ilin iyulunda başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/749470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR