SOS: Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyət...

SOS: Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyət...
18:29 24 Aprel 2019
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu elmi seminarının növbəti iclası keçirilib.
 
AMEA-nın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, dosent Zabit Allahverdiyev Qızılağac körfəzində çöl tədqiqat işlərinin nəticələri barəsində məlumat verib.
 
O bildirib ki, Kiçik və Böyük Qızılağac körfəzlərində əvvəlcədən təyin edilmiş nöqtələrdə dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürülüb, axın sürətinin, səth suyunun  və havanın temperaturu ölçülüb, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq keçən) hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplanıb:
 
“Aparılan müşahidələr göstərir ki, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyəti çox pis hala düşüb, sahil zonaları plastik və digər tullantılarla zibilləndirilib. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 m məsafədə formalaşıb. Materiklə adanı birləşdirən bənd, Kiçik Qızılağacla dənizi birləşdirən qəza kanalı və balıqların kiçik körfəzdə kürü tökməsi üçün istıfadə olunan kanal yaxşı və işlək vəziyyətdədir.
 
Qızılağac körfəzi ərazisində havanın çoxillik temperaturu (1991-2016-cı illər üçün) (14,8 dərəcə) normadan (1961-1990-cı illər) (14,1 dərəcə)  0,7 dərəcə çoxdur. Ərazidə yağıntıların artması müşahidə edilir. Belə ki, norma 1067 olduğu halda 1991-2016-cı illərdə atmosfer çöküntülərinin orta illik göstəricisi normadan (1115 mm) çox müşahədə edilib”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR