Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər (FOTO)

Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər (FOTO)
19:22 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti aprelin 22-dən Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Komitədən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov rəhbərlik edir.

Səfər ABŞ Dövlət Departamentınin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlərin keçirilməsi məqsədilə təşkil olunub.

Komitənin 12 nəfərdən ibarət nümayəndə heyəti üçün praktiki təlimlər ABŞ-ın Nyu-York ştatının Con Kennedi adına Beynəlxalq Hava Limanında keçirilir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı Azərbaycanda 1999-cu ildən icra olunur və bu layihə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

ABŞ Dövlət Departamentınin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təcrübə mübadiləsi və praktiki təlimlər aprelin 26-dək davam edəcək.

Qeyd edək ki, İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə DGK əməkdaşlarına indiyədək gömrük işi sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif mövzularda beynəlxalq və milli təlimlər, eləcə də seminarlar təşkil edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3051794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR