Ukrayna parlamenti prezidentin səlahiyyətini azaltmaq niyyətindədir

Ukrayna parlamenti prezidentin səlahiyyətini azaltmaq niyyətindədir
19:47 24 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasında ölkə prezidentinin səlahiyyətlərinin bir hissəsini baş nazirə və parlamentə verməyi nəzərdə tutan qanun layihəsi hazırlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı sənədi “İntibah” parlament qrupunun nümayəndəsi Valeri Pısarenko “Facebook”dakı səhifəsində dərc edib. 
Layihədə Ukrayna Təhlükəsizlik Xidmətinin təşkilatlanması və fəaliyyətinə nəzarətlə bağlı səlahiyyətlərin prezidentdən Ali Radaya keçməsi, xarici işlər, müdafiə nazirləri vəzifələrinə parlament fraksiyaları birliklərinin təklifi əsasında prezidentin Rada qarşısında təqdimat verməsi, habelə prezidentin impiçmentinə başlamaq üçün baş prokurorun, deputat fraksiyası və ya qrupunun təşəbbüs irəli sürmələrinin kifayət olması kimi müddəalar var.


Xəbərin orijinal ünvanı: https://report.az/region/ukrayna-parlamenti-prezidentin-selahiyyetini-azaltmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR