ABŞ-da baş verən bir hadisə sosial mətbuatın gündəminə düşüb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, bardan çıxan qadınla bir kişi dalaşıb. Onları ayırmağa çalışan "Pasxa dovşanı" kostuyumu geyinmiş şəxs bunu bacara bilmədiyi üçün davaya daxil olub. Dava polisin gəlməsi ilə başa çatıb. Video çarx qısa müddət ərzində sosial mətbuatda viral olub.
Hadisə Orlando şəhərində baş verib. Küçədən keçən şəxs bardan çıxan zənci qadına tüpürüb. Bundan sonra dava başlayıb. Dovşan kostyumu geyinən şəxs isə dalaşanları ayırmaq istəyib. Amma buna nail ola bilmir və kişini yumruqlamağa başlayır. Hadisə yerinə gələn polis davanı bitirib və dovşan kostyumu geyinən şəxs qadın döyüldüyü üçün onlara müdaxilə etdiyini bildirib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: