Bu ölkədə əhalinin 74 faizi şəhərlərdə yaşayır

Bu ölkədə əhalinin 74 faizi şəhərlərdə yaşayır
22:17 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bolqarıstan Statistika İnstitutunun məlumatına əsasən, 2018-ci ilin sonuna kimi Bolqarıstanda 73,7 faiz, yəni 5 milyon 159 min 129 nəfər əhali şəhərlərdə, 26,3 faizi, yəni 1 milyon 840 min 910 nəfər isə kəndlərdə yaşayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bolqarıstanda ümumi 5 min 256 yaşayış məntəqəsi mövcuddur. Bunlardan 257-i şəhər, 4999-u isə kənddir. 164 yaşayış məntəqəsində heç kim yaşamır. 1193 yaşayış məntəqəsində 1 nəfərdən 49 nəfərə kimi yaşayır. Əhalinin 34,4 faizi Bolqarıstanın 6 şəhərində yaşayır. Ən az adam Vidin rayonunda 84 min 865 nəfər, ən çox isə Sofiya rayonunda 1 milyon 328 min 120 nəfər, yəni əhalinin 19 faizi yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR