"O insanları həyatımıza buraxanda kor olmuşuq"

"O insanları həyatımıza buraxanda kor olmuşuq"
23:17 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Həyatımıza layiq olmayan elə insanları buraxırıq ki, sanki kor olmuşuq. Elə bil ki, həmin məqamda şeytan gəlib gözümüzü bağlamışdı. Sonradan göz açılır və anlayırsan ki, bu, sənin imtahanın idi. Bu tip insanlarda süni göstəriş kimi xasiyyət olur".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev AZTV-də Xədicə Sənanqızının "Gün başlayır" sevilişində qonaq olarkən deyib. Sənətçi süni insanlardan və sevgilərdən yorulduğunu qeyd edib:

"Onlar göstərir ki, səninlə münasibətdə guya canfəşanlıq edir, guya doğurdan da dostdur və səni sevir. Bax bu göstərişlərdən biz bəzən yoruluq. Hörmətini və ya marağımı qazana bilmir deyə, cildən-cildə girir, maskalanır, göstərişlə məşğul olur. Özünü dərk edən bir insan üçün göstərişə ehtiyac yoxdur. Onlar sevgidən də, dostlardan da, ətrafda birlikdə işlədiyin insanlardan da istifadə edir. Onlara abonent deyirəm. Allah belələrindən qorusun bizi. Ayıq olaq". (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/749482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR