"Mançester Siti" derbidə "Mançester Yunayted"i yenərək liderliyə yüksəlib

"Mançester Siti" derbidə "Mançester Yunayted"i yenərək liderliyə yüksəlib
01:02 25 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turdan təxirə salınmış "Mançester Yunayted" - "Mançester Siti" görüşü keçirilib.
"Report"un məlumatına görə, "Old Trafford"da təşkil olunmuş derbi qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk yarıda qapılara qol vurulmayıb. Fasilədən sonra "Mançester Siti" oyuna nəzarəti tam əlinə alıb. 54-cü dəqiqədə Bernardu Silva, 66-cı dəqiqədə isə Leroy Sane fərqlənərək, meydan sahiblərini məyus ediblər.
Bu qələbə sayəsində 35 oyundan 89 xal toplayan "Mançester Siti" yenidən liderliyə yüksəlib. "Şəhərlilər" sona 3 tur qalmış ən yaxın izləyicisi "Liverpul"u 1 xal geridə qoyurlar. Çempionluq uğrunda mübarizə məhz bu iki komanda arasında gedir. 
"Tottenhem" 70 xalla 3-cü, "Çelsi" 67 xalla 4-cü, "Arsenal" 66 xalla 5-ci, "Mançester Yunayted" isə 64 xalla 6-cı pillədə yer alıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-mancester-yunayted-e-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR