Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib
01:17 25 Aprel 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, bu, "Latsio" komandasıdır. 
Paytaxt təmsilçisi yarımfinalda "Milan"ı üstələyib. İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən "Latsio" "San Siro"dakı cavab qarşılaşmasında qələbəyə nail olub - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Xoakin Korrea vurub.
Daha bir finalçı "Atalanta" - "Fiorentina" cütünün qalibi olacaq. Bu komandalar arasında Florensiyadakı ilk qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb - 3:3. Cavab oyunu bu axşam olacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-i-taliya-kubokunda-ilk-finalci-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR