Azərbaycanlı məşhur model amerikalı pilota ərə getdi

Azərbaycanlı məşhur model amerikalı pilota ərə getdi
03:03 25 Aprel 2019
253 Şou
Ölkə mətbuatı
A- A+

Barbi gəlinciyi" ləqəbi ilə məşhur olan azərbaycanlı model Sima Şərafətdinova amerikalı pilota ərə gedib.

Publika.az xəbər verir ki, "Sputnik Azərbaycan"ın məlumatına görə, qız toy şəkillərini özünün "Instagram"dakı rəsmi səhifəsində paylaşıb.

Model ötən payızda yaşamaq üçün Los Ancelesə köçüb. O, burada aerobatika məşğələləri zamanı özünün gələcək həyat yoldaşı ilə tanış olub. Cütlük 2019-cu ilin yanvarında ailə həyatı qurub.

Lakin Şərafətdinova xeyli müddət bu xəbəri ictimaiyyətdən gizli saxlayıb. Bu günlərdə isə, o, sosial şəbəkələrdə ailə vəziyyəti ilə bağlı statusunun dəyişdiyini bildirmək qərarına gəlib və ailə vəziyyəti bölməsinə "evli" olduğunu qeyd edib.

Xatırladaq ki, model hazırda ABŞ-da keçiriləcək aerobatika üzrə çempionata hazırlaşır.

Sima Şərafətdinova öz model karyerasına 15 yaşında başlayıb və yerli model müsabiqələrinin birində "Azərbaycan gözəli" seçilib. O, Türkiyə telekanallarından birinin "İşte benim stilim" moda layihəsində iştirak edəndən sonra məşhurlaşıb.

İxtisasca kompüter mühəndisi olan Sima altı dildə danışır. Model uzun müddət Türkiyədə yaşayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/276673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR