Lukaşenko Çinə işgüzar səfərə yola düşüb

Lukaşenko Çinə işgüzar səfərə yola düşüb
03:22 25 Aprel 2019
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə işgüzar səfərə yollanıb.

Trend-in "Belta"ya istinadən verdiyi məlumata görə, Belarus Prezidentinin təyyarəsi Misnk Milli Hava Yolundan havaya qalxıb.

Bildirilir ki, 25-27 aprel tarixlərində A.Lukaşenko Pekində II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edəcək.

Tədbir çərçivəsində A.Lukaşenko bir sıra xarici ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Bunda əlavə, Belarus prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3051866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR