Türkiyədə onlarla qanunsuz miqrant aşkarlanıb

Türkiyədə onlarla qanunsuz miqrant aşkarlanıb
03:37 25 Aprel 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Sahil Mühafizəsi Xidmətinin əməkdaşları yerli vaxtla saat 01:00-da İzmirin Səfərihisar rayonunda qaçqın qrupunun olduğu rezin qayığı aşkarlayıb.
Məlumatdan sonra mühafizə xidmətinin əməkdaşları əraziyə göndərilib. Qayıqda 47 qanunsuz miqrant aşkarlanıb. Onların 14-ü Konqo vətəndaşıdır. Miqrantlardan 11-i Mərkəzi Afrikadan, 8-i Somalidən, 4-ü Malidən, 4-ü Anqoladan, daha 4-ü Çaddan, 1-i Kamerundan, 1- Uqandadandır. Miqrantlar arasında 12 qadın 2 uşaq olub.
Miqrantlar sahilə çatdırılıblar. Qaçqınlar şəxsiyyətləri müəyyənləşdirildikdən sonra Miqrasiya İdarəsinin vilayət üzrə bölməsinə aparılıblar. 
Qeyd edək ki, bir neçə gün əvvəl də Türkiyə sahillərində 44 qanunsuz miqrant saxlanılıb. Ölkənin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları Aydın vilayətində, Quşadası ərazisində Yunanıstanın Samos adasına qaçmaq istəyən qanunsuz miqrantların olduğu qayığı saxlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-47-qanunsuz-miqrant-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR