Suriyada törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb

Suriyada törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb
04:42 25 Aprel 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi bildirib.
Məlumata görə, partlayış nəticəsində azı 18 nəfər həlak olub. Ölənlər arasında 4 uşaq1 qadın da var. Hadisə zamanı habelə 40-a yaxın insan xəsarət alıb.
Ehtimala görə, partladıcı qurğu avtomobilə yerləşdirilib. Qeyd edək ki, Suriyada daxili müharibə 2011-ci ildən davam edir.
Daha əvvəl bildirilirdi ki, Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində 11 mülki şəxs ölüb, 27 mülki şəxs yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyada-partlayis-neticesinde-azi-18-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR