"Facebook"u 5 milyard dollar cərimə gözləyir

"Facebook"u 5 milyard dollar cərimə gözləyir
05:57 25 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) istifadəçilərin şəxsi məlumatlarının sızmasına görə "facebook" sosial şəbəkəsini 5 milyard dollar məbləğində cərimə edə bilər.
"Report"un məlumatına görə, bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib.
"Facebook"un 2019-cu ilin birinci rübü ərzindəki gəlirləri ilə bağlı hesabatda qeyd edilir ki, Federal Ticarət Komissiyası sosial şəbəkəni 3 milyard dollar məbləğində cərimə edə bilər. Bununla yanaşı, cərimənin maksimal məblığinin 5 milyard dollara qədər arta biləcəyi də vurğulanır.
"Problem həll edilməmiş qalır və FTK-nin yekun qərarı yoxdur", - sənəddə vurğulanır.
Daha əvvəl "Facebook"a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram", "Whatsapp""Messenger" proqramlarının işində problem yaranıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/federal-ticaret-komissiyasi-facebook-u-5-milyard-dollar-cerime-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR