Lukaşenko Çinə işgüzar səfərə yola düşüb

Lukaşenko Çinə işgüzar səfərə yola düşüb
08:05 25 Aprel 2019
69 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə işgüzar səfərə yollanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Belarus Prezidentinin təyyarəsi Misnk Milli Hava Limanından havaya qalxıb.

Bildirilir ki, 25-27 aprel tarixlərində A.Lukaşenko Pekində II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edəcək.

Tədbir çərçivəsində A.Lukaşenko bir sıra xarici ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Bunda əlavə, Belarus prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR