Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib
09:55 25 Aprel 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib.

Başsağlığında deyilir: "Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Lüksemburq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3051939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR