Şri-Lankada daha bir partlayış olub

Şri-Lankada daha bir partlayış olub
10:02 25 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Şri-Lankanın paytaxtı Kolombo şəhərindən, təxminən, 40 km məsafədə yerləşən Puqoda bölgəsində partlayış olub.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, hazırda dağıntılar, ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.
Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.
Xatırladaq ki, Şri-Lankada Pasxa həftəsinin bazar günündə katolik kilsələrində və hotellərdə silsilə partlayışlar baş verib, nəticədə 359 nəfər ölüb, 500-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sri-lankada-daha-bir-partlayis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR