Azərbaycan ABŞ-ın Kolorado Senatının rəhbərliyinə etiraz məktubu göndərib

Azərbaycan ABŞ-ın Kolorado Senatının rəhbərliyinə etiraz məktubu göndərib
12:12 25 Aprel 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

"Aprelin 24-də ABŞ-ın Kolorado ştatının 35 nəfərlik Senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma "artsaxın" Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni "xristian irsinin" mədəni soyqırmının törədildiyi iddia edilir".
Bunu "Report"a açıqlamasında XİN mətbuat katibi Leyla Abdullayeva deyib. 
"Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd ediblər. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir.
Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.
Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub", -XİN rəsmisi vurğulayıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-abs-in-kolorado-senatinin-rehberliyine-etiraz-mektubu-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR