Avtobusun təkəri partladı, 1nəfər yaralandı - Bakıda

Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Balakişiyev küçəsində "General Avto Company" şirkətinə məxsus avtobus parkında qeydə alınıb.

Həmin parkda təkərçi işləyən, 1963-cü il təvəllüdlü Rəhimov Sirac Ziyadxan oğlu 11 nömrəli marşrut avtobusunun arxa şininə hava vurarkən təkər partlayıb. Nəticədə S.Rəhimov ağır kəllə-beyin travması, kürək sümüklərinin sınığı, baş beyin əzilməsi, baş və sifət sümüklərinin sınığı xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralı baş-beyin nayihəsindən əməliyyat olunsa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR