Ukrayna Parlamenti dövlət dili haqqında qanun qəbul etdi

Ukrayna parlamenti aprelin 25-də “Ukrayna dilinin dövlət səviyyəsində tətbiqinin təmin edilməsi haqqında” qanun qəbul edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 278 deputat, əleyhinə isə 226 deputat səs verib. Bu qanun onun ölkə ərazisində başqa dillərlə müqayisədə üstünlüyünü təsbit etmək üçün qəbul edilib. Qanuna əsasən, vətəndaşlar bundan sonra Ukrayna ərazisində bütün sahələrdə dövlət dilindən məcburi olaraq istifadə etməlidir .

Ukrayna dilindən istifadəyə dil müfəttişi nəzarət edəcək. Onlar bütün dövlət orqanlarının, ictimai və siyasi təşkilatların iclaslarına qatıla, dil haqqında qanuna riayət olunmasını tələb edə bilərlər. Qanuna əməl etməyib pozanlar cərimələnəcək.

Qabiliyyət imtahanlarına qeydiyyat bu tarixdə başlayacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR