Avtomobil hərəkətdə olarkən alışıb yandı - VİDEO - FOTO

Qaxda avtomobil yanıb.

Metbuat.az ARB TV-yə istinadən xəbər verir ki, rayonun Fısdıqlı kəndində 65 yaşlı Məhəmməd Sadıqova məxsus kiçiktutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb. Avtomobilin yandığını görən sürücü qəza baş verməməsi üçün maşını yol kənarına çəkib.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, avtomobilin salon və mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR