İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO

İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO
13:27 25 Aprel 2019
125 Dünya
Ölkə mətbuatı
A- A+

İki dəfə ağciyər transplantasiyası əməliyyatı keçirmiş tanınmış amerikalı opera müğənnisi Çariti "Sanşayn" Tilman-Dik 35 yaşında vəfat edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, gənc ifaçıya 2004-cü ildə ağciyər hipertenziyası diaqnozu qoyulub. Sağ qalması üçün ona iki dəfə donor ağciyəri köçürülüb.

Fiziki məhudiyyətli olmasına rəğmən, uzun illər karyerasını davam etdirib və dünyanın müxtəlif opera teatrlarında məlahətli soprano səsi ilə dinləyicilərin könlünü oxşayıb.

Müğənninin ölüm xəbərini ailəsi onun "Facebook" səhifəsində elan edib.

"Bizim əziz, sevimli Çariti həyat yoldaşı, anası və bacı-qardaşlarının ətrafında rahat şəkildə dünyadan köçdü", - deyə məlumatda qeyd olunur.

Ölümün səbəbi hələlik açıqlanmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR