Azərbaycanda QORXUNC HADİSƏ - 7 yaşlı uşaq avtobusun altında qalıb öldü

Azərbaycanda QORXUNC HADİSƏ - 7 yaşlı uşaq avtobusun altında qalıb öldü
13:53 25 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Yevlaxda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, bu gün saat 9 radələrində rayonun Qoyunbinəsi kəndində “Qazel” markalı avtobus yolu keçmək istəyən 2012-ci il təvəllüdlü kənd sakini, Ləman Əsgərovanı vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin uşaq mağazaya getmək üçün yolu keçərkən baş verib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/276731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR