Yusif Seyidov anıldı

Yusif Seyidov anıldı
13:54 25 Aprel 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə anım mərasimi keçirilib. 
 
AMEA-dan Lent.az-a veriən məlumata görə, tədbirdə institutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev görkəmli elm xadimi Yusif Seyidovun həyat və yaradıcılığından danışıb. Bildirib ki, professor Yusif Seyidov Azərbaycan dilinin qrammatikasına, dil probleminə, tədqiqinə dair qiymətli əsərlər, eyni zamanda bir sıra orta məktəb dərslikləri yazıb.
 
Mərasimdə institutun elmi katibi Zülfiyyə İsmayıl “Professor Yusif Seyidov yaradıcılığında ədəbi dil məsələləri”, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,dosent Nuray Əliyeva “XX əsr Azərbaycan poeziyasının dil məsələləri Yusif Seyidovun araşdırmalarında” və Onomastika şöbəsinin elmi işçisi Aysel Eminova “Professor Yusif Seyidov xatirələrdə” mövzusunda məruzələrlə çıxış ediblər.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR