İngiltərə Premyer Liqası: mövsümün rəmzi komandası açıqlandı

İngiltərə Premyer Liqası: mövsümün rəmzi komandası açıqlandı
13:59 25 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandası müəyyənləşib.
 
ONA-nın məlumatına görə, Peşəkar Futbolçular Assosiasiyası (PFA) çempionatın sonuna üç tur qalmış “11-liy”i tərtib edib.
 
4-3-3 sistemi ilə qurulan siyahıya yalnız üç komandanın üzvləri düşüb. Çempionluq mübarizəsi aparanlardan “Mançester Siti” 6, “Liverpul” 4 futbolçu ilə rəmzi komandada təmsil olunub. “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba da “11-liy”ə daxil edilib.
Qapıçı - Ederson Moraes (“Mançester Siti”); 
Müdafiəçilər - Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı “Liverpul”), Emerik Laport (“Mançester Siti”);
Yarımmüdafiəçilər - Pol Poqba (“Mançester Yunayted”), Fernandinyo, Bernardu Silva;
Hücumçular - Rahim Sterlinq, Serxio Aquero (hamısı “Mançester Siti”), Sadio Mane (“Liverpul”).

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR