Sumqayıt sakinini küt alətlə qətlə yetirən şəxs tutuldu

Sumqayıt sakinini küt alətlə qətlə yetirən şəxs tutuldu
14:05 25 Aprel 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 24-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/749674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR