Hacıqabulda ana və azyaşlı uşağını maşın vurub

Hacıqabulda ana və azyaşlı uşağını maşın vurub
15:01 25 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində Hacıqabul rayonunun Meyniman kəndi ərazisində Axtaçı Şirvan kənd sakini C.Quliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə evinin qarşısında dayanmış kənd sakinləri Esmira Əhədovanı və onun azyaşlı oğlunu vurub.

Nəticədə E.Əhədova hadisə yerində ölüb, uşaq xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3052180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR