Sumqayıt Dövlət Dram Teatrında maraqlı layihə - FOTO

Sumqayıt Dövlət Dram Teatrında maraqlı layihə - FOTO
15:12 25 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar tamaşaçıların teatra marağının artırılmasına, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşmasına və onların maraq dairəsinin daha dərindən öyrənilməsinə yönəlik kreativ layihələr gerçəkləşdirir.

Bu qəbildən olan növbəti ekskursiya -baxış layihəsi çərçivəsində Mərkəzi Kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq poeziya Klubunun  üzvləri sənət məbədini ziyarət etdilər. Baxışdan əvvəl balacalar qrim otaqlarına baxdılar, tamaşaqabağı hazırlığı, texniki prosesi izlədilər. Kicik tamaşaçılara  repertuardakı uşaq tamaşaları, onların ideya- estetik qayəsi barədə məlumat verildi. Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova belə tədbir və görüşlərin uşaqların dünyagörüşlərinin formalaşmasında önəm kəsb etdiyini bildirdi.  Rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin  "Danışan gəlincik" əsərinə baxdıqdan sonra balaca aktyorlarla teatr truppası yerlərini dəyişdi. Bu dəfə uşaq teatrının üzvləri səhnəyə çıxaraq Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının yaradıcılığından nümunələr səsləndirdilər. Balacaların çıxışları peşəkar heyət tərəfindən alqışlarla qarşılandı. Teatrın administratoru Nizami Mirzəyev kiçik, həfəskar aktyorlara tamaşanın ərsəyə gəlmə prosesində önəmli olan  faktorlardan da danışdı və afişalar haqda məlumat verdi. Həmçinin  50 yaşlı Sumqayıt Dövlət Dram Teatrının  veteran aktyorlarının şəkilləri həkk olunmuş stendə nəzər salındı. Sonda Nizami Mİrzəyev  yaradıcı kollektivin rəhbəri, Əməkdar artist Mübariz Həmidovun adından Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərini təbrik etdi və bildirdi ki, belə kreativ layihələrin həm bədii-estetik, həm də maarifləndirici funksiyası əvəzolunmazdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/749684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR