Siyavuş Novruzov:

"Dini radikalizmin və ekstremizmin aradan qaldırılması üçün ilk növbədə onun səbəblərini araşdırmaq lazımdır. Bunu yaradan səbəbləri bilməsək məsələni həll edə bilmərik".

Metbuat.az-ın məlumatına görə, bunu "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda keçirilən konfransda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, ölkənin qanunvericiliyində dini dözümlülük yoxdursa, bu, dini radikalizmi yaradan səbəblərdən biridir:

"Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlığın qorunması və inkişafı ilə bağlı bir çox müddəalar yer alıb.

Dini ekstremizmin aradan qaldırılması üçün Milli Məclisdə də dini radikalizmə qarşı qanun qəbul edilib".

S.Novruzov bildirib ki, Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin bərabər yaşayışı, fəaliyyəti üçün bütün şərait yaradılıb. Ölkəmizdə insanlar arasında müxtəlif dinlərə hörmətlə yanaşma var. Bunun olmaması da dini radikalizmə səbəb olur, dözümsüzlük radikalizmə, ekstremizmə gətirib çıxarır. Bunun qarşısını almaq proseslərinin həyata keçirilməsində din xadimlərinin xüsusi rolu var. Onlar insanları birliyə, bərabərliyə çağırmalıdır. Eyni zamanda qeyd edim ki, hər hansı terror qrupunu dinlə əlaqələndirmək olmaz. BMT tərəfindən dünyada 60-dan yuxarı müxtəlif terror qrupları qeydə alınıb. Onların çoxunda adları var, hansı dinə aid olduğu qeyd edilmir. Lakin bəzən görürsən ki, qıcıq yaratmaq üçün hansısa dinin adından da istifadə edilir. Dünyada törədilən terror hadisələrinə baxsaq görərik ki, bunların hamısı din pərdəsi adı altında aparılır. Bunun qarşısını almaq üçün səbəblər araşdırılmalı və birgə iş görülməlidir".

Millət vəkili bildirib ki, hər bir ölkə təcrübəsini nümayiş etdirməklə qarşılıqlı əlaqənin yaranmasına səbəb olur. İctimai qınaq, ictimai tövsiyə qarşılıqlı dialoqa səbəb olur. Azərbaycanın 20 faiz torpağı işğal olunub, 1 milyon qaçqını var. İşğal altındakı torpaqlarımızda dini abidələrimiz dağıdılıb, bu da təbii ki, insanlarımıza qıcıq yaradır. Bundan əlavə, əsrlərin, girovların dəyişdirilməsində Ermənistanın dini lideri heç bir addım atmır ki, din xadimləri arasında dialoq yaransın".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR