Ermənilər cəbhə kəndində azyaşlılara atəş açdı - FOTO

Ermənilər cəbhə kəndində azyaşlılara atəş açdı -  FOTO
15:52 25 Aprel 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Çıraqlı kəndində baş verib.

Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar azyaşlı kənd sakinləri olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, uşaqlar arasında xəsarət alan olmayıb. 

Yaranmış vəziyyətdən qorxan uşaqlardan birinin vəziyyəti pisləşib.

Bu səbəbdən Çıraqlı kənd sakini, 13 yaşlı Vüsalə Məmmədova təcili tibbi yardım stansiyasına müraciət edib. İlkin tibbi yardım göstərilən 13 yaşlı qız müayinə edildikdən sonra evə buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/749726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR