​"Qəflətən üzərimə hücum çəkdi" - Quduz it 9 nəfəri xəstəxanalıq etdi – VİDEO – FOTO

Hadisə ötən gün gecə saatlarında Lənkəranın Liman şəhəri ərazisində baş verib.

Metbuat.az ARB TV xəbər verir ki, quduzlaşmış it 8 kişi və 1 qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralananlar; 64 yaşlı Şakir Hüseynov, 62 yaşlı Nailə İsmayılova, 60 yaşlı Meysəm Əkbərov, 45 yaşlı Tahir Muradov, 31 yaşlı Zahid Həbibov, 29 yaşlı Anar Abbasov, 25 yaşlı İsa Aslanlı, 20 yaşlı Tural Kazımlı və 19 yaşlı Əlifağa Məmmədov təcili tibbi yardım maşınları və şəhər sakinlərinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Gəray Əzimov – Həkim: "Şöbəyə 9 nəfər itqapma ilə əlaqədar müraciət edib. Onlardan 8-i ambulator yardım olunandan sonra evə buraxılıb. 1nəfər isə travması nisbətən çox olduğu üçün nəzarətdə saxlanılıb. Sabah vəziyyətinə baxılacaq. Ehtiyac olmasa evə buraxılacaq".

Anar Abbasov – Zərəçəkən: "Saat 23:00 radələrində binanın həyətində idim. Su alıb evə qalxırdım. İtlə üzbəüz çıxdım. Fikirləşdim adi itdir. Qəflətən üzərimə hücum çəkdi. Əlimdəki sellofaları atıb onu vurdum, o da əllərimi dişlədi".

Quduz itin sonrakı taleyinə gəlincə, Liman sakinləri çətinliklə də olsa gecə saat 03:00 radələrində heyvanı zərərsizləşləşdirə biliblər.


Gözlərinizə İNANMAYACAQSIZ! 66 illik bu vasitə görün nə oldu?/ FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR