Mövsümün rəmzi komandası açıqlandı - Salah və Azar yoxdur

Mövsümün rəmzi komandası açıqlandı - Salah və Azar yoxdur
16:05 25 Aprel 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Peşəkar Futbol Assosiasiyası (PFA) Premyer Liqada mövsümün simvolik komandasını müəyyənləşdirib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, siyahıda "Mançester Siti" və "Liverpul" futbolçuları çoxluq təşkil edir.

Belə ki, "şəhərlilər"in 6, "qırmızılar"ın isə 4 üzvü simvolik komandada yer alıb. Maraqlı məqam ondadı ki, "Liverpul"un lideri Məhəmməd Salah və "Çelsi"dən Eden Azar ən yaxşılar arasına düşməyib.

Qapıçı: Ederson Moareş ("Mançester Siti")

Müdafiəçilər: Trent Aleksander-Arnold, Endryu Robertson, Vircil van Deyk (hamısı "Liverpul"), Emerik Laport ("Mançester Siti");

Yarımmüdafiəçilər: Fernandinyo, Bernardo Silva (hər ikisi "Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted");

Hücumçular: Rahim Sterlinq, Serxio Aquero (hər ikisi "Mançester Siti"), Sadio Mane ("Liverpul").

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR