Avtobusda cinsi istismara məruz qalan qadın danışdı: - “Qəribə hərəkətlər edirdi”/ VİDEO

Türkiyənin İstanbul şəhərində ötən gün Zincirlikuyu-Beylikdüzü marşrutu ilə işləyən avtobusda N.C adlı qadın Fatih Özdemir tərəfindən cinsi istismara məruz qaldığını iddia edərək polisə müraciət edib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, N.C ifadəsində avtobusda bir adamın ona yaxınlaşaraq cinsi istismara cəhd etdiyini bildirib.

İddia ilə bağlı polis araşdırma başladıb. N.C tərəfindən çəkilən hadisənin görüntüləri isə qısa müddətdə sosial mediada yayılıb.

Görüntülərdə də görülən və adının Fatih Özdemir olduğu bildirilən şəxs Saadetdere Məhəlləsi dayanacağında polisə təslim edilib.

Fatih Özdemir ifadəsində “qadın birdən qışqırdıqda çox qorxdum. Mən heç bir şey etmədim” deyə bildirib.

Polis Özdemir və N.C-nin geyimlərinin yoxlanılması üçün Tibb Qurumuna göndərib. Sorğudan sonra Küçükçekmece Ədliyyəsinə sövq edilən Özdemir həbs olunub.

N. C ifadəsində başından keçənləri danışaraq “Avtobusa mindim. Çox insan var idi. Mən oturacaqda oturmuşdum. Adam isə ayaq üstə dayanmışdı. Mənə təmas etməyə çalışdı. Özümü yatmış kimi göstərdim. Əlində bir selofan var idi və şalvarının qabağı açıq idi. Qəribə hərəkətlər edirdi. Onun nə etmək istədiyi anladım və qışqırmağa başladım. Ətrafdakılar onu tutaraq qaçmağa qoymadılar” deyə bildirib.


https://metbuat.az/news/1174553/gozlerinize-inanmayacaqsiz-66-illik-bu-vasite.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR