Fransa XİN: Heç bir ölkə terrorçuluqdan, radikallıqdan sığortalanmayıb

Fransa XİN: Heç bir ölkə terrorçuluqdan, radikallıqdan sığortalanmayıb
16:37 25 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

“Dünyada terrorçuluqdan, radikallıqdan sığortalanan ölkə yoxdur. Belə ki, Yeni Zelandiyada və Şri Lankada dəhşətli faciələrin şahidi olduq”.
“Report” xəbər verir ki, bunu dinlərarası dialoq və radikalizmlə mübarizəyə dair 2-ci Azərbaycan – Avropa konfransında Fransa Xarici İşlər Nazirliyinin dini məsələlər üzrə müşaviri Jan Kristof Posel bildirib.
"Din anlayışı ilə dini dona bürünmüş radikalizm arasında fərq qoyulmalıdır. Dinlərin dialoqunda dövlət mühüm rol oynayır. Dialoq əks tərəflərin fikirlərini, istəklərini, fərqlərini üzə çıxarmağa imkan yaradır", - deyən fransalı diplomat dövlətin bu səpgidə dini nəzarətdə saxlamasının arzu olunmadığını, çünki belə müdaxilənin dinin mahiyyətindəki təməl hüquq və azadlıqları poza biləcəyini dilə gətirib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/fransa-xi-n-hec-bir-olke-terrorculuqdan-radikalliqdan-sigortalanmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR