Evdən 7 minlik qızıl oğurlayan tutuldu

İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, A.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR