Ancelina Coli vəsiyyətini yazdı - Ağır xəstədir

Ancelina Coli vəsiyyətini yazdı - Ağır xəstədir
18:37 25 Aprel 2019
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Hollivud ulduzları Ancelina Coli və Bred Pittin rəsmi boşandığı bəyan edilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, boşanmadan sonra aktrisa Pitt soyadından da rəsmi şəkildə imtina edib. O, bundan sonra Coli-Pitt yox, sadəcə Coli kimi təqdim ediləcək. 

İngilis mediası Colinin son günlər daha bir xəstəliyinin üzə çıxdığını yazıb. Buna görə də Ancelina arıqlayaraq, 42 kiloqram çəkiyə düşüb. 

Hətta aktrisa vəsiyyətini də yazıb. Onun var-dövlətinin çox hissəsini 17 yaşlı oğlu Meddoksa vəsiyyət etdiyi bildirilib. Ancelina Meddoksu Pittlə yenicə görüşməyə başladığı ərəfədə övladlığa götürmüşdü. Daha sonra aktyor da rəsmən onu övladı kimi qəbul edib. 

"Boşanma zamanı Meddoks anasının tərəfini tutub və onunla qalmaq istəyib" deyə, mənbə bildirib. Digər övladlarının Ancelinadan nəsə alıb-almayacağı hələ bəlli deyil. Colinin yerdə qalan var-dövlətini digər uşaqları arasında bölüşdürəcəyi bildirilib. O, heç vaxt doğma uşaqları ilə övladlığa götürdüklərini ayırmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR