Şri-Lankada yeni terror aktları ilə bağlı XƏBƏRDARLIQ edildi

Şri-Lankada yeni terror aktları ilə bağlı XƏBƏRDARLIQ edildi
19:12 25 Aprel 2019
41 Dünya
Ölkə mətbuatı
A- A+

Şri-Lanka hökuməti adanın məscidlərinə terror aktlarının törədiləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Şri-Lanka polis müfəttişi Priyantxu Cayakodi bildirib.

Sosial şəbəklərdə isə yeni terror aktlarının törədiləcəyi ilə bağlı vərəqlərin şəkilləri paylaşılıb.

P.Cayakodinin sözlərinə görə, bununla əlaqədar olaraq ölkədəki bütün məscidlərin ərafında təhlükəsizlik tədbirləri gücləndirilib: "Narahat olmağa heç bir əsas yoxdur".

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Bu gün Şri-Lankada matəm günü elan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR