Bu ölkə yaxın 10 ildə Aya insan göndərəcək

Bu ölkə yaxın 10 ildə Aya insan göndərəcək
19:19 25 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Çin Ayın cənub qütbündə elmi-tədqiqat stansiyası inşa etməyi və təxminən 10 il sonra idarə olunan Ay missiyasını həyata keçirməyi planlaşdırır.
 
 
Lent.az ictnews-a istinadla xəbər verir ki, Çin Dövlət Kosmik İdarəsinin rəhbəri Çjan Keszyan belə bəyanatla çıxış edib.
 
 
 
İdarənin rəhbəri, həmçinin bildirib ki, Çinin "Çanye-5" zondu cari ilin sonunadək Ayın torpaq nümunələrini Yer kürəsinə gətirməlidir və bu nümunələr Mao Tszedunun vətəni olan Şaoşanda saxlanılacaq.
 
Bundan başqa o öz çıxışında qeyd edib ki, Çin 2020-ci ildə ilk Mars zondunu buraxacaq.
 
Xatırladaq ki, Çin 24 aprel 1970-ci il tarixində dünya kosmik dövlətlər klubuna qoşulub.
 
 
2016-cı ildən etibarən aprelin 24-ü Çində Kosmonavtika Günü kimi qeyd olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR