Amerikalı məşqçi: Bakıdakı Milli Gimnastika Arenasının zalını çox sevirik

Amerikalı məşqçi: Bakıdakı Milli Gimnastika Arenasının zalını çox sevirik
19:43 25 Aprel 2019
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası mükəmməl işləyir və idmançılar üçün əla şərait yaradır.

Bunu Trend-ə qrup hərəkətlərində ABŞ komandasının məşqçisi Darya Baltovik bildirib.

Məşqçi bədii gimnastika üzrə Dünya Kuboku öncəsi məşqin normal keçdiyini deyib:

"Kuboka güclü komandalar gəlib, amma düşünürəm ki, finala çıxmaq şansımız var. İspaniya, Fransa komandalarını əsas rəqib hesab edirəm".

D.Baltovik Milli Gimnastika Arenasında idmançılar üçün yaxşı şərait yaradıldığını vurğulayıb:

"Biz bu zalı çox sevirik, çünki böyükdür. Burada çoxlu xalçalar var - bu gözəldir. Azərbaycan Gimnastika Federasiyası mükəmməl işləyir, əla şərait yaradır".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3052351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR