Salyanda mikroavtobusla minik maşını toqquşdu: 7 yaralı

Salyanda mikroavtobusla minik maşını toqquşdu: 7 yaralı
19:54 25 Aprel 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunun Noxudliu kəndi ərazisində - Əət-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində “Ford” markalı mikroavtobusla “Mersedes” markalı minik maşını toqquşub.
 
ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 3 nəfərə yerində yardım göstərilib, 4 nəfər isə Salyan rayon xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR