AQTA mütəxəssisləri Xaçmazda sahibkarlarla görüşüb

AQTA mütəxəssisləri Xaçmazda sahibkarlarla görüşüb
20:01 25 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir Xaçmazda keçirilib. Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri AQTA tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək.

Eyni zamanda müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3052354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR