Bu nazirlik işə qəbul üzrə test imtahanı keçirəcək

Bu nazirlik işə qəbul üzrə test imtahanı keçirəcək
20:04 25 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə mayın 11-də ədliyyə orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcək.
 
Ədliyyə Nazirliyindən ONA-ya verilən məlumata görə,  imtahan Azərbaycan Texniki Universitetinin idman sarayında (Bakı şəhəri, A.Sultanova küçəsi 13 ünvanında) baş tutacaq.
 
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
 
Qaydalara əsasən, test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi və onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR