Youtube öz bazasından 8 milyondan çox videonu sildi: Niyə ?

Youtube öz bazasından 8 milyondan çox videonu sildi: Niyə ?
21:09 25 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Youtube bir sosial paylaşım saytı olduğu üçün özünə məxsüs qaydaları var: Porno videolar, insanlara təsir edən subliminal videolar, cinayət, irqçilik və cəmiyyəti ayağa qaldırmağa meyilli olan videolar Youtube tərəfindən silinir.
 
Lent.az technote-a istinadla xəbər verir ki, Youtube-un yayımladığı məlumatlara görə, keçən ilin son aylarında, yəni 2017-nin Oktyabr-Dekabr ayları arasında 8.3 milyon video bazadan silinib.    
 
8.3 milyon video zərərli olaraq qeydə alınıb və 6.7 milyonunu Youtube Alqoritmaları, geriyə qalan hissəni isə Youtube Komandası özü silib. Alqoritmanın 6.7 milyon sayında videonu silməsi çox yaxşı nəticədi, amma qeyd etmək lazımdır ki, hələ də milyonlarla zərərli video baza daxilində var. Yəni alqoritmaların daha da təkminləşdirilməyə ehtiyacı var.
 
Bundan əlavə, məhşur xarici viner olan Logan Paul meşədə intihar etmiş birinin videosunu çəkib öz kanalında paylaşmışdı və nə Youtube Komandası, nə də alqoritmalar videonu silməmişdi. Bu da ağıllara bir sual gətirir: Niyə ?. Görünən odur ki, video servis platforması bəzi çox izlənilən videolarında bu qaydaları nəzərə almır. Dekabr ayında video analiz üçün 10.000 nəfər işçi qəbul edən Youtube artıq videoların daha tez analiz edib dəyərləndiriləcəyini deyir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR