4 min nəfər təxliyə olundu Moskvada bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada eyni vaxtda üç ticarət mərkəzinə bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Metbuat.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, anonim zəngdən sonra “Kolambus”, “Şəhər” və “Kunçeva Plaza” ticarət mərkəzlərinin əməkdaşları və orada olan sakinlər dərhal evakuasiya ediliblər. Ümumilikdə binalardan 4 min nəfərin çıxarıldığı bildirilir.

Polis əməkdaşları ərazini nəzarətə götürüblər. Binalarda partlayıcı maddələrin olub-olmadığı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR