Mətbəxlərdə və qidalarda 4 təhlükəli bakteriya növü

Mətbəxlərdə və qidalarda 4 təhlükəli bakteriya növü
22:47 25 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Ticari mətbəxlər, gün boyu böyük miqdarda tullantının çıxdığı, çox sayda təbii materialın kimyəvi olaraq dəyişmə keçirdikləri sahələrdir. Belə yerlər, araşdırmalara görə bakteriyalar üçün olduqca idealdır. Hətta bəzi bakteriyalar, digərlərində müqayisə etdikdə təhlükəli və ölümcül ola bilir.

1. Kampilobakteriya

Çoxu qida zəhərlənməsinin arxasında olan kampilobakteriya ümumiyyətlə yeməklərin təmiz formada istehlak edilməməsilə ortaya çıxır. Toyuq və yumurtaların bu bakteriyanı sıx miqdarda ehtiva etdiyi mövzusunda xəbərdarlıqlar var. Qısa desək, aldığınız qidaların gigiyena vəziyyətlərinə diqqət yetirməlisiniz.

2. Salmonella

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yemək sənayesinin bəlkə də ən məşhur bakteriyalarından olan salmonella, mediada da özünə tez-tez yer tapır. İnsan ya da heyvanların bağırsaq yollarında yaşayır. Çirkli su ya da qidalarla evdən evə keçə bilir. Çiy qidaların pis formada qorunmaları da salmonella bakteriyalarının yayılmasına yol aça bilər. Ən diqqətçəkici xüsusiyyəti isə, törədiyi qidanın dadında, rəngində ya da qoxusunda bir dəyişməyə səbəb olmamasıdır.

3. Stafilokokus aureus

Qida bakteriyaları arasında ən sürətlə çoxalan növlərdən olan Stafilokokus aureus, həmçinin xəstəliklərə səbəb ola biləcək zəhərli toksinlər ifraz edir. Hər 4 insandan biri bu bakteriyanı dərisində, saç diblərində, yemək borusunda ya da tənəffüs yolunda daşıyır. Ümumiyyətlə dəridən dəriyə təmasla bulaşsa da, qidalar üzərindən də evi dəyişdirə bilir.

Xüsusilə salat, soyuq buterbrod kimi bişirilmədən yeyilən yeməklərdə çox sıx rast gəlinə bilən Stafilokokus aureus süd və süd məhsullarında da olur.

4. Klostridium botulin

Çox-çox nadir hallarda müşahidə edilsə də Klostridium botulin bakteriyalarının qida maddələrini sevdikləri bilinir. Ən məşhur qaynaqları arasında konserv ət, balıq və konserv tərəvəz yeməkləri var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR