“Formula-1”: Azərbaycan Qran-prisi başlayır

“Formula-1”: Azərbaycan Qran-prisi başlayır
00:24 26 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

 
Bu gün SOCAR Azərbaycan Qran-prisinə start veriləcək. 
 
ONA-nın məlumatına görə, paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə start götürəcək. 
 
Bakı trasına çıxacaq bolidlər sərbəst yürüşdə treki sınaqdan keçirəcəklər. “Formula-2” pilotları günün ikinci yarısında isə sıralama yarışında mübarizə aparacaqlar. 
Bu gün “Formula-1” üzrə 2 sərbəst yürüş də təşkil olunacaq. 
 
Azərbaycan Qran-prisi
26 aprel
11:00-11:45. “Formula-2”. Sərbəst yürüş
11:10-11:30. Avtoqraf sessiyası (“Red Bull”)
11:30-11:50. Avtoqraf sessiyası (“Ferrari”)
11:50-12:10. Avtoqraf sessiyası (“Reno”)
13:00-14:30. “Formula-1”. Birinci sərbəst yürüş
15:00-15:30. “Formula-2”. Sıralama yarışı
17:00-18:30. “Formula-1”. İkinci sərbəst yürüş
 
Qeyd edək ki, Qran-priyə aprelin 28-də yekun vurulacaq. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR