Vüqar Həşimovun adına şahmat klubu yaradılıb

Vüqar Həşimovun adına şahmat klubu yaradılıb
01:07 26 Aprel 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun adını daşıyan fond növbəti böyük layihəni həyata keçirməyə hazırlaşır.
"Report" xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu tanınmış şahmatçının adını daşıyacaq klub təsis edib.
“Vüqar Həşimov” klubu artıq heyəti formalaşdırmağa başlayıb.
İlkin danışıqlardan sonra Azərbaycan millisinin üzvləri Rauf Məmmədovla Qədir Hüseynov komanda yoldaşlarının adını daşıyan klubda çıxış etməyə razılıq verib. Şahmatçılar Vüqar Həşimov klubunda mübarizə aparmağı özlərinə borc bildiklərini deyib.
Qeyd edək ki,Vüqar Həşimov klubu Monteneqroda təşkil olunacaq Avropa Çempionlar Kubokunda çıxış edəcək. Yaxın günlər ərzində klubun bütün heyəti açıqlanacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/vuqar-hesimovun-adina-sahmat-klubu-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR