İspaniya hökuməti mərakeşli uşaqların geri göndərilməsi prosesinə başlayır

İspaniya hökuməti mərakeşli uşaqların geri göndərilməsi prosesinə başlayır
02:32 26 Aprel 2019
134 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya hökuməti mərakeşli uşaqların geri göndərilməsi prosesinə başlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya hökuməti və Mərakeş hökuməti İspaniyada olan həddi-buluğa çatmamış müşayiət olunmayan mərakeşli uşaqların artıq geri göndərilməsi prosesinə başlayıblar.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, 2018-ci ildə İspaniyaya daha çox sayda - təxminən 5500 nəfər həddi-buluğa çatmamış müşayiət olunmayan miqrant gəlib. Rəsmi reyestrin göstəricilərinə görə, İspaniyada olan 11 min uşaqdan təxminən 70 faizi mərakeşlidir. Ötən yay iki muxtar icmada - həddi-buluğa çatmayan uşaqların böyük əksəriyyətinin yaşadığı Əndəlüs və Melilyada bu problemin həll olunmasını hökumətdən tələb ediblər.

Avropa İttifaqı isə, öz növbəsində, miqrasiyanın qarşısının alınması tədbirlərinin icra olunması məqsədilə Mərakeşə 140 milyon avro ayrıldığını elan edib.

Fevralın 26-da Madriddə prosesin başlanması üçün hər iki ölkənin nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə ilk görüş keçirilib. Hökumət bu formulu "könüllü qayıdış" adlandırır və bu təşəbbüsü digər muxtar icmalara da yaymağı planlaşdırır.

İspaniya miqrantlara və qaçqınlara yardım şəbəkəsi bu tədbirin əleyhinə çıxış edib və bunu hökumətin həddi-buluğa çatmayanları kriminallaşdırmaq cəhdi kimi qiymətləndirib.

Analoji tədbir Parisdə də tətbiq edilib. Burada küçələrdə yaşayan mərakeşli uşaqlar vətəndaşların təhlükəsizliyi üçün problemlər yaradıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR